Vasip Şahin: Süni intellekt yalnız texnoloji deyil, həm də hüquqi çağırışdır

0

Süni intellekt yalnız texnoloji inkişaf deyil, eyni zamanda sosial, mədəni və hüquqi aspektləri əhatə edən qlobal çağırışdır.

“Report” xəbər verir ki, bunu Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Bakı Sammitinin süni intellektin yaratdığı imkanlar və risklərin müzakirəsi baxımından mühüm platforma olduğunu vurğulayıb:

“Bu gün dünyada ən vacib gündəm mövzularından biri süni intellektdir. Bu məsələnin insan hüquqları institutları tərəfindən beynəlxalq formatda müzakirə olunması çox əhəmiyyətlidir”.

Onun sözlərinə görə, Türkiyədə süni intellektin tətbiqi və tənzimlənməsi istiqamətində ciddi işlər həyata keçirilir:

“Bu, sadəcə texniki və texnoloji inkişaf məsələsi deyil. Eyni zamanda sosial, mədəni və xüsusilə hüquqi baxımdan möhkəm əsasların yaradılmasını tələb edən bir prosesdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb. Tədbir iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı...

Bağla