AZƏRBAYCANDA 38 DƏRƏCƏ İSTİ OLACAQ

0

Azərbaycanda iyunun 19-u 38 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-30° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Vasip Şahin: Süni intellekt yalnız texnoloji deyil, həm də hüquqi çağırışdır

Süni intellekt yalnız texnoloji inkişaf deyil, eyni zamanda sosial, mədəni və hüquqi aspektləri əhatə edən qlobal çağırışdır. "Report" xəbər verir ki,...

Bağla