Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının Mavrikidə keçiriləcək “Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması” mövzusunda toplantısında iştirak edəcək.
Bu barədə qurumdan bildirilib.
Bildirilib ki, iyunun 23-26-da baş tutacaq səfər “Dinlər Sülh Uğrunda” təşkilatının baş katibi Dr. Frensis Kurianın dəvəti ilə həyata keçiriləcək.
Şeyxülislam ötən il “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və builki toplantıda məhz bu statusda iştirak edəcək.
A.Paşazadə toplantının açılışında çıxış edəcək, “Süni intellekt – insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri” sessiyasında moderator olacaq.
QMİ sədrinin beynəlxalq tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.



