Bu gün Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub

0

Bu gün baş tutan mərasimlə Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub.

Bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məzunlardan 4-ü (2-si əcnəbi olmaqla) magistratura pilləsini bitirir:

“Bu gün həmçinin İlahiyyat Kollecində ilk dəfə “Məzun günü” baş tutub. Kollecdən 15 tələbə məzun olur”.

Şirinov bildirib ki, İnstitut yeni yaranmış təhsil müəssisəsi olmasına baxamaraq, 5 ildir məzunlar daha rahat şəkildə işlə təmin olunurlar:

“Ümid edirik ki, tələbələrimiz bundan sonra da öz nailiyyətlərini davam etdirəcəklər, İlahiyyat İnstitutunda aldıqları təhsilin nəticəsində öz biliklərini cəmiyyətlə bölüşəcəklər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahşükür Paşazadə Mavrikidə beynəlxalq tədbirdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının Mavrikidə keçiriləcək "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması"...

Bağla