Gündüz İsmayılov: Aşura günü qanvermə aksiyalarında iştirakçı sayı ildən-ilə artır

0

Aşura günü qanvermə aksiyalarında iştirakçı sayı ildən-ilə artır.

“Report” xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu da insanların Aşura gününün mahiyyətini daha düzgün dərk etməsindən və aparılan maarifləndirmə işlərinin nəticəsindən irəli gəlir:

“Hamı yaxşı bilir ki, toplanan qan talassemiya və hemofiliya xəstələrinin müalicəsində istifadə olunur. Bu amil onların aksiyaya daha böyük həvəslə qoşulmasına səbəb olur. İnsanların qanvermə aksiyasında fəal iştirakı Azərbaycan xalqının humanist dəyərlərə və yüksək mənəvi keyfiyyətlərə sadiqliyinin göstəricisidir”.

G.İsmayılov əlavə edib ki, bütün bölgələrdə yerləşən 38 məntəqədə qanvermə aksiyaları keçirilir:

“Məntəqələr əsasən məscid və ziyarətgahlarda fəaliyyət göstərir. Son illərdə işğaldan azad edilmiş ərazilərdəki məscidlər də bu aksiyalara qoşulub. Bu il Ağdam Cümə məscidində və Şuşadakı məscidlərdə də qanvermə aksiyaları təşkil edilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir. "Report"un məlumatına görə, Təzəpir məscidi ilə yanaşı, Bakı və regionlarda ümumilikdə...

Bağla