Astronomlar şəkər pambığından daha yüngül iki nəhəng planet kəşf ediblər

0

Yerdən təxminən 1 110 işıq ili uzaqlıqda, cənubda yerləşən Volan bürcündə F7 spektral sinfinə aid cırtdan ulduz aşkar edilib. Ulduzun ətrafında rekord dərəcədə aşağı sıxlığa malik iki qaz nəhəngi dövr edir. “TOI-791 b” və “TOI-791 c” adlandırılan bu planetlər o qədər seyrəkdir ki, onların sıxlığı hətta şəkər pambığının sıxlığından da aşağıdır.

Bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Hər iki kosmik obyektin ölçüləri Yupiterlə müqayisə ediləcək qədər böyük olsa da, sıxlıqları son dərəcə azdır: TOI-791 b planetində bu göstərici 0.038 q/sm³, TOI-791 c-də isə 0.047 q/sm³ təşkil edir. Müqayisə üçün qeyd edək ki, Yupiterin orta sıxlığı bu planetlərdən 28-35 dəfə çoxdur. Şəkər pambığının sıxlığının təqribən 0.05 q/sm³ olduğunu nəzərə alsaq, yeni kəşf edilmiş bu nəhənglərin adi şirniyyatdan belə daha yüngül olduğu aydınlaşır.

Alimlərin fikrincə, bu cür xüsusiyyətlərə malik cəmi dörd analoji sistem məlumdur. Bu fakt TOI-791 sistemini planetlərin yaranması və təkamül proseslərinin tədqiqi baxımından olduqca unikal bir obyektə çevirir.

Oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycan Türkiyə ilə sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün birgə iş aparır. Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük...

Bağla