Şimşək çaxır, yağış yağır

0

İyunun 26-na olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Yağıntılar Balakən-Şəki zonasında leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 37, Zaqatalada 20, Oğuzda 19, Qaxda 15, Balakəndə 12, Göyçay və Qəbələdə 10, Mingəçevirdə 9, Şamaxıda 8, Ağdamda 7, Şahdağda 6, Qusarda 5, Qubada 4, Zərdabda 3, Qobustanda 2, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər və Zəngilanda 1 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-də 32, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Astronomlar şəkər pambığından daha yüngül iki nəhəng planet kəşf ediblər

Yerdən təxminən 1 110 işıq ili uzaqlıqda, cənubda yerləşən Volan bürcündə F7 spektral sinfinə aid cırtdan ulduz aşkar edilib. Ulduzun...

Bağla