Ermənistan İsrailin qondarma “erməni soyqırımı”nı tanımasına cavab veməyəcək.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz cavab verməyə ehtiyac görmürük, çünki inanırıq ki, “erməni soyqırımı”ndan silah kimi istifadə etməmək Ermənistan Respublikasının maraqlarına xidmət edir. Yaxın gələcəkdə heç bir reaksiya olmayacaq”, – deyə Ermənistanın baş naziri jurnalistlərə deyib.
Xatırladaq ki, İsrail hökuməti “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini dəstəkləyərək Knessetə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bu qərara görə narahat olduğunu açıqlayıb.



