Bakıda 35 dərəcə isti olacaq

0

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. Qəbula və göstərilən qonaqpərvərliyə görə...

Bağla