Türkiyə XİN Dəməşqdə beş nəfərin öldüyü hücumu pisləyib

0

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş verən və insan tələfatına səbəb olan hücumu qətiyyətlə pisləyib.

“Report xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirilib.

“Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişi pozmaq məqsədi daşıyan bu cür cəhdlərə və ictimai asayişi sarsıtmağa yönəlmiş dairələrə ən yaxşı cavabın birlik və həmrəyliyini qoruyan Suriya xalqın tərəfindən veriləcəyinə inanırıq”, – bəyanatda qeyd edilib.

Son məlumatlara görə, Dəməşqdə baş verən hücumda beş nəfər ölüb, 16 nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində iyulun 2-də Qarabağ Universitetində "Birinci Türkoloji Qurultayın elmi və...

Bağla