Türkiyə ordusu qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir

0

Türkiyənin Müdafiə Nazirliyi (MN) Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində Türkiyə Silahlı Qüvvələri ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, nazirliyin “X” sosial şəbəkə hesabında paylaşımda Türkiyənin silahlı qüvvələrinin NATO-nun ikinci ən böyük ordusu və dünyanın ən effektiv, eyni zamanda çəkindirici hərbi qüvvələrindən biri olduğu bildirilib.

Qeyd olunub ki, Türkiyənin silahlı qüvvələri zəngin tarixi, yüksək döyüş hazırlığı, müasir imkan və qabiliyyətləri ilə ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

“TSQ təkcə Türkiyənin deyil, həm də regional və qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə keçiriləcək NATO sammiti qlobal sabitlik baxımından nəticələr verəcək

Ankarada iyulun 7-8-də keçiriləcək NATO Zirvəsində alyansın çəkindirmə və müdafiə siyasəti hərtərəfli müzakirə olunacaq, həmçinin müdafiə investisiyalarının artırılmasına yönəlmiş addımlar...

Bağla