Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir

0

aQusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilir.

“Report”un Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub.

Konfransda Dini Komitə və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri iştirak edirlər.

Tədbirdə media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq, habelə bölgədə yerləşən dini ibadətgahlara mediatur təşkil ediləcək.

Qeyd edək ki, konfransın media tərəfdaşı “Global Media Group” və “APA Media Group”dur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlətimizin başçısı Baş nazir Məhəmməd...

Bağla