TDT-nin ilk peykinin 2027-ci ildə buraxılması planlaşdırılır

0

Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb.

“Report”un yerli bürosunun Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.

Bildirilib ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar: “Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır”.

Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.

J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat...

Bağla