Bakıda isti, regionlarda yağış olacaq

0

Azərbaycanda avqustun 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu gün əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Numan Kurtulmuş: Bundan sonra Türkiyədəki terrorçular silahı yerə qoyacaq

Bu həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə...

Bağla