Orta Dəhliz yalnız nəqliyyat marşrutu kimi nəzərdən keçirilməməlidir

0

Orta Dəhlizi yalnız dəmir yolu marşrutu və ya konteynerlərin Çindən Avropaya daşınması uçun marşrut kimi nəzərdən keçirilməməlidir.

Bunu “Report”a müsahibəsində Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdad Amreyev bildirib.

O vurğulayıb ki, Azərbaycan Xəzər regionunu Türkiyə və Avropa ilə birləşdirməklə bu dəhlizdə aparıcı rol oynayır.

“Bu dəhlizin ölkələrimizin daxilində yarada biləcəyi iqtisadi fəallıq daha vacibdir. Səmərəli fəaliyyət göstərən nəqliyyat dəhlizi logistika mərkəzlərinin və anbar infrastrukturunun, emal sənayesinin, aqrobiznesin, təkrar emalın, rəqəmsal infrastrukturun və maliyyə xidmətlərinin inkişafını stimullaşdırmalı, həmçinin yeni özəl investisiyalar cəlb etməlidir. Bu dəhliz bir Türk dövlətinin şirkətlərinə digər Türk dövlətində tərəfdaşlar, təchizatçılar və satış bazarları tapmaqda kömək etməlidir”.

Onun sözlərinə görə, bu, infrastruktur və institusional darboğazların aradan qaldırılmasını tələb edir:

“Əgər mallar sonradan növbəti sərhəddə gecikirsə, dəmir yolu daşımalarının sürətləndirilməsi və ya liman tutumlarının genişləndirilməsi o qədər də əhəmiyyət kəsb etmir. İnfrastruktur, Xəzər dəniz gəmiçiliyi, gömrük prosedurları, rəqəmsal sənədlər, standartlar, maliyyə alətləri və sığorta vahid sistem kimi işləməlidir”.

O, son illərdə baş verən hadisələrə, o cümlədən ölkələrin 2026-cı ildə üzləşdiyi sarsıntılara diqqət çəkib:

“Onlar nəqliyyat bağlantısı, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlığı və maliyyəyə çıxışın bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyini xüsusilə aydın şəkildə nümayiş etdirdi. Orta Dəhliz buna yaxşı nümunədir. Azərbaycan Xəzər regionunu Türkiyə və Avropa ilə birləşdirməklə bu dəhlizdə aparıcı rol oynayır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər. "Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, ziyarət Özbəkistana təşkil olunmuş...

Bağla