Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

0

Bakıda Türkiyənin 30 Avqust – Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Türk Şəhidliyi abidəsinin önünə əklil qoyulub, daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və Bakının bolşevik-erməni daşnak işğalından azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyənin Qurtuluş savaşı və 30 Avqust Zəfərinin tarixi əhəmiyyəti barədə məlumat verib. Səfir canlarını Vətən uğrunda fəda edən şəhidlərin xatirəsini ehtiramla anıb, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb.

B.Akgün iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və münasibətlərin daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, 1922-ci il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. Bu tarixi qələbə türk xalqının milli iradəsinin və müstəqillik əzminin parlaq təcəssümüdür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bəzi rayonlara leysan yağıb, güclü külək əsir

Avqustun 28-i saat 9:00 olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq...

Bağla