Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək

0

Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

“Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq”, – o qeyd edib.

Mirzoyan izah edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.

Xatırladaq ki, cari ilin iyun ayında Qarsda Türkiyə və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin “B2B” formatında görüşü keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: "Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti...

Bağla