Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb

0

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.

Dəniz Qüv vələri Komandanlığı Girne sahillərində batan gəmidən itkin düşmüş sərnişinlərin axtarış-xilasetmə əməliyyatları çərçivəsində daha bir meyiti tapıb.

Daha əvvəl Şimali Kiprin Baş naziri Ünal Üstel gəmidə ümumilikdə 267 sərnişin və heyət üzvünün olduğunu bildirib. O, qeyd edib ki, gəminin batmasından sonra 239 nəfər xilas olunub.

Gəminin qalıqları Girne sahillərindən 554 metr dərinlikdə tapılıb. İtkin düşmüş daha 14 sərnişinin axtarışı davam edir.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
 Bəzi ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış...

Bağla