Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib

0

Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə 6 İşçi qrupunun iclası təşkil olunub.

Karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi, eləcə də mədənçilik üzrə fəaliyyət göstərən İşçi qruplarının rəhbərlərinin hesabatları dinlənilib.

Karbohidrogenlər sahəsində cari və gələcək layihələr, təbii qaz təchizatı, qaz infrastrukturunun inkişafı və rəqəmsallaşma istiqamətində birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Elektrik enerjisi bazarının tənzimlənməsi, interkonnektor əlaqələri, bərpa olunan enerji mənbələrinin dəstəklənməsi, enerji saxlama texnologiyaları, ağıllı sayğac sistemləri və “Sərhəddə Karbon Tənzimləmə Mexanizmi” üzrə birgə fəaliyyətin və təcrübə paylaşımının davam etdirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə, “yaşıl enerji” ixracı və qaz sektorunda islahatların aparılması üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi kimi əməkdaşlıq sahələri təyin olunub. Dənizdə külək enerjisinin istifadəsi, bərpa olunan enerji layihələri üzrə investisiya qoyuluşu və icazə prosedurları, aktiv istehlakçı modeli, günəş və külək enerji layihələri, kadr potensialının artırılması, həmçinin bərpa olunan enerji mənbələrinin enerji şəbəkəsinə inteqrasiyası istiqamətində əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi qərarı qəbul edilib. Enerji səmərəliliyi sahəsində birgə fəaliyyət çərçivəsində məcburi enerji auditi subyektlərinin enerji istehlakının monitorinqi, ESCO bazarının formalaşdırılması, enerji menecerlərinin və layihə mütəxəssislərinin yetişdirilməsi, binaların enerji pasportlaşdırılması təcrübəsinin həyata keçirilməsi, enerji səmərəliliyinin maliyyələşdirilməsi və dəstək mexanizmlərinin gücləndirilməsi, həmçinin emissiyaların hesablanması və proseslərin rəqəmsal platformalara keçirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması barədə razılıq əldə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hava 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli...

Bağla