Safi Arpaquş: Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq

0

Türk dövlətlərində fətvalarla bağlı qarışıqlıq aradan qaldırılmalıdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Dəyanət İşləri rəhbəri Safi Arpaquş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə bəhs edib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mötəbər dini strateji alyansa çevrilib:

“Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq. Dini bayramların, Ramazan ayının və Qurban bayramının vaxtlarının ortaq tarixdə təsbiti, halal qida və s. sahələrdə əməkdaşlığımız vacibdir”.

Safi Arpaquş vurğulayıb ki, bəzi qüvvələr tərəfindən islam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur:

“Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik. Türk dövlətlərinin dini qurumları arasında təcrübə mübadiləsinin artırılması vacibdir. Bu, islam dininin dünya miqyasında yanlış qavranılmasının və terror təşkilatları tərəfindən istismar edilməsinin qarşısının alınmasına töhfə verə bilər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər

Türk xalqlarının dini-mənəvi həmrəyliyi təşəbbüsünün ərsəyə gəlməsində dövlət başçılarının hərtərəfli dəstəyi həlledici rol oynayıb. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)...

Bağla