Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.
Bu barədə XİN-in “X” hesabında məlumat paylaşılıb.
“Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir”, – paylaşımda qeyd olunub.
Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.



