Azərbaycanla Türkiyə arasında 1918-ci ildə başlayan qardaşlıq bu gün də yaşayır

0

Türkiyə Qafqaz İslam Ordusunun 1132 şəhidini və həmin mübarizədə canından keçən azərbaycanlı qardaşların xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir.

“Reportun yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı çıxışında bildirib.

Nazir bəyan edib ki, Azərbaycanla Türkiyə arasında 1918-ci ildə başlayan bu qardaşlıq bu gün də yaşayır:

“1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ağır təhlükələrlə üzləşdiyi bir dövrdə Osmanlı dövlətindən yardım istədi. Türk və Azərbaycan əsgərləri Gəncədən Bakıya qədər çiyin-çiyinə mübarizə apardılar. Göyçay və Şamaxıdakı qələbələrdən sonra 15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad edildi və Azərbaycan hökumətinin paytaxta köçürülməsi təmin olundu”.

Gülər deyib ki, bu mübarizənin ən böyük mirası isə iki xalqın və iki ordunun çiyin-çiyinə verdiyi mübarizə, fədakarlıq və qardaşlıq ruhudur.

Nazir bildirib ki, Bakıda Şəhidlər xiyabanında yan-yana uyuyan qəhrəmanlar bir həqiqəti xatırladır:

“Türkiyə-Azərbaycan qardaşlığı yalnız sözlə ifadə olunan yaxınlıq deyil. Bu qardaşlıq qanla, fədakarlıqla və ortaq mübarizə ilə möhürlənib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib. "Report"un məlumatına görə, o, bu barədə sentyabrın...

Bağla