Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir

0

Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir.

“Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.

O bildirib ki, Qarabağda məscidlər çoxdur, amma Ağdam Cümə məscidi “şəhid məscidi”dir. Birinci Qarabağ müharibəsində bu məsciddə bir çox şəhidin dəfnində iştirak edib:

“Ağdam Cümə məscidinin divarlarında neçə ananın naləsi var. Bəzən şəhidlərin nəşini analarına, ailələrinə göstərə bilmirdik. Çox ağır zamanlar idi”.

QMİ sədri söyləyib ki, Birinci Qarabağ Müharibəsində və erməni işğalı dövründə Ağdam Cümə məscidi və Qarabağdakı digər məscidlər təhqir ediləndə müsəlmanlar dəstək olmadılar:

“Bizə qardaş, dost deyən insanlar ana harayına gəlmədilər, səsimizi eşitmədilər. Buna çox təəssüf edirəm.

Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir. Biz ötən gün dövlət başçısı ilə görüşümüzdə Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfransın davamını Ağdam Cümə məscidində keçirəcəyimizi deyəndə ona da təsir etdi.

Hesab edirəm ki, Ali Baş Komandanın, Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul...

Bağla