Bakıda, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı başlayıb.
“Report” xəbər verir ki, tədbir Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilir.
Ramil Usubov Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.



