Sabah günəşdə qasırğa olacaq

0

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Gözlənilən maqnit qasırğası Günəşin səthində yaranan irihəcmli tac dəliyindən qaynaqlanacaq. 

Sentyabrın 24-də, yəni cümə axşamı, payızın ikinci maqnit qasırğasının baş verməsi ehtimal olunur.

Bu hadisə yaxın günlərdə Günəşdə baş verən proseslər arasında əsas diqqət çəkən təbiət hadisələrindən biri olacaq.

(yenisabah)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub. Yeni fəsil sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-dən etibarən başlayıb. Bu zaman gecə ilə...

Bağla