Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır

0

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.

“Report” xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib.

Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq, eləcə də cəmiyyətdə qütbləşmə yaratmağa yönəldiyi müəyyən edilib.

Açıqlamaya görə, kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.

Komissiya bildirib ki, kampaniyanın iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Həmçinin Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığı qeyd olunub.

Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını saxta informasiyalara inanmamağa və bu məsələdə diqqətli olmağa çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti...

Bağla