Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

0

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı təqdim edilib.

“Report“ xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M. Güraka təqdim edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ortaq xəritənin və coğrafi adların vahid kataloqunun hazırlanması barədə razılığa gəlib. "Report"un Qazaxıstan bürosu...

Bağla