Ceyhun Bayramov Hakan Fidanla görüşdü

0

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.

Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub

İraq parlamentində boş nazir vəzifələri üçün seçki keçirilib. "Report" xəbər verir ki, ilk dəfə İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların...

Bağla