Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.
“Report”un məlumatına görə, builki toplantı “Dialoq və həmrəylik: sülhün və davamlı inkişafın təşviqinin iki əsas sütunu” mövzusuna həsr olunub.
Xatırladaq ki, İƏT XİN Şurasının 52-ci iclası oktyabrın 18-də başa çatacaq.



