TÜRKPA-nın növbəti iclası bu gün keçiriləcək

0

19–20 oktyabr 2026-cı il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşi Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasına və Assambleya Şurasının iclasına ev sahibliyi edəcəkdir. Plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna baş tutacaqdır.

15-ci plenar iclasda üzv və müşahidəçi dövlətlərin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclasları da keçiriləcəkdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrikində azərbaycanlı həmkarı İlham Əliyevə "qardaşım" deyə müraciət etməklə...

Bağla