Türkiyə Zonquldak vilayətindəki bir daş kömür mədənində partlayış baş verib. Məlumata əsasən, hadisə yerinə çoxsaylı yanğınsöndürmə və tibbi yardım qrupları göndərilib. Partlayış nəticəsində 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Hadisə Kilimli, Gelik rayonundakı özəl mədəndə baş verib. Mədəndə metan qazı partlayışından sonra əraziyə qruplar göndərilib.
Partlayışda 3 işçi həyatını itirib, 5 yaralı işçi isə tibbi qruplar tərəfindən ilkin müalicədən sonra xəstəxanalara aparılıb. Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu öyrənilib. Hadisə ilə bağlı araşdırma başlanıb.
METAN QAZI PARTLAYIŞI NƏDİR?
Metan, etan, propan, butan, hidrogen və karbonmonoksit kimi bütün alışan qazları ehtiva edən hava partlayıcı xüsusiyyətlərə malikdir. Bunlardan ən vacibləri karbohidrogenlər, xüsusən də metandır və metan və hava qarışığı mədənçilikdə “metan qazı” adlanır.



