Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək

0

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

“Report” bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək.

Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və regional proseslər də gündəmdə olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir

Türk dövlətləri arasındakı münasibətlər kənardan formalaşdırılacaq siyasi layihələrə, geosiyasi hesablamalara və ayırıcı planlara endirilə bilməyəcək qədər dərin tarixi zəminə malikdir....

Bağla