MİT rəhbəri İrana səfər edəcək

0

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır.

“Report” IRIB-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri paylaşıb.

Baqeri həmin rəsmilərin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın olduğunu qeyd edib.

Baqeri həmin rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəyini də bildirib. O, səfərin nə zaman reallaşacağı barədə məlumat verməyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə ilə Ermənistan arasındakı Ani körpüsünün bərpası üçün tender yekunlaşdı

Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesi başa çatıb. Oxu.Az xəbər verir ki, Türkiyənin nəqliyyat...

Bağla