Ərdoğan: Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və qarşıda duran mühüm zirvə görüşündən söz açıb.

Dövlət başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə yenə Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə birlik və bərabərliklə dayanacağıq” – deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub

Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII...

Bağla