Bağçalıdan Azərbaycan mesajı: “Münasibətlərimiz köklü və dərindir”

0

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirlərini bölüşüb.

Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü, türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək sammiti münasibətilə yazılı açıqlama verib.

O, Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü, türk respublikalarının müstəqillik əldə etmələrinin isə 35-ci ildönümünü təbrik edib.

“Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər qədim, siyasi və diplomatik məsələləri aşan tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki xalqın iradəsi ilə güclənib, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb”, – deyə MHP sədri bildirib.

O qeyd edib ki, heç bir anlaşılmazlığın böyüdülməsinə, fikir ayrılıqlarının qalıcı parçalanmaya çevrilməsinə və tərəflər arasında nifaq toxumlarının səpilməsinə imkan verilməməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub

Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhməd ilə korrupsiyaya...

Bağla