Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Cənubi Koreyadan qayıdarkən jurnalistlərə açıqlama verib.

“8 noyabrda Azərbaycanın Zəfər Günü var. Mən də, gözlənilməz bir şey olmasa 8 Noyabr günü Azərbaycana bir səfər etməyi düşünürəm. İnşallah bu səfər münasibətilə də lazımi addımları atmaq imkanımız olar”, – Ərdoğan deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Bu barədə idarədən məlumat verilib. Bildirilib ki,...

Bağla