Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

0

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb.

“Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq”, – paylaşımda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşanın azad olunmasından 6 il ötür

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş...

Bağla