Ərdoğan: Azərbaycanın öz torpaqlarını azad etməsi Cənubi Qafqazda yeni bir dönəm yaradıb

0

Azərbaycanın 44 günlük Vətən mübaribəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dönəmin qapısını açıb.

“Report”un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Bu gün önümüzdə duran vəzifə meydanlarda qazanılan zəfəri qalıcı sülhlə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyimiz kimi bölgəmizdə daimi sülhün təsis olmasına yönəlmiş səylərini də dəsyəkləyirik. Qarabağda bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və Prezident İlham Əliyevi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib....

Bağla