İnsan nəfəs almadan yaşaya bilməyəcəyi kimi, ünsiyyətsiz də mövcud ola bilməz. Ünsiyyət sözü ərəb mənşəli bir isim olub, Azərbaycan dilində həm gündəlik dildə, həm də ədəbi mətnlərdə qarşımıza çıxan dərin mənalı bir sözdür. Əsasən aşağıdakı mənalara gəlir:
Vərdiş və aşinalıq: Bir şeyə və ya bir kəsə alışma, yadlıq çəkməmə vəziyyəti.
Dostluq və yaxınlıq: Biri ilə qurulan səmimi bağ, cana yaxınlıq və yoldaşlıq.
Ülfət: Bir mühitə və ya bir vəziyyətə mənəvi olaraq uyğunlaşma.
Bu söz ərəb dilindəki “üns” (yaxınlıq duyma, əhliləşmə) kökündən gəlir. “İnsan” sözü ilə də eyni kökü paylaşır; bu da insanın təbiəti etibarilə başqaları ilə bağ qurmağa və ünsiyyət etməyə möhtac bir varlıq olduğunu simvolizə edir.
Kommunikasiya (ünsiyyət/əlaqə) isə latınca “communico” sözündən tərcümə edilmiş olub, “bölüşmə, ortaqlaşma” mənasını daşıyır. Ünsiyyət insanın özünü ifadə etməsi və başqalarını anlaması üçün əvəzolunmazdır. Ünsiyyət sözü əslində “kommunikasiya”nı də içinə alan daha geniş bir anlayışdır. Effektiv ünsiyyət Rəbbimizə, özümüzə və başqalarına baxışımızı inkişaf etdirir, insan münasibətlərini zənginləşdirir və peşəkar uğuru artırır.
“Ünsiyyət” sözü kökü etibarilə “ins” (insan) və “enis” (dost, cana yaxın) sözləri ilə eyni kökdən gəlir. Vərdiş kəsb etmək, dostluq qurmaq, yadlığı aradan qaldırmaq və ruhən yaxınlaşmaq deməkdir. Bu kontekstdə, “Din nəsihətdən ibarətdir” hədisi-şərifi ilə “ünsiyyət” anlayışı arasında sıx bağ vardır.
Peyğəmbərimiz (s.ə.v.) “Din nəsihətdir” buyurduqda, səhabələr “Kimə qarşı, ya Rəsulullah?” deyə soruşmuş, o da: “Allaha, Onun Kitabına, Peyğəmbərinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara” (Buxari, İman 42) cavabını vermişdir.
Buradakı nəsihət sözü Azərbaycan dilindəki sadəcə “öyüd vermək” mənasında başa düşülməməlidir. Bu sözün əsli “nush” kökündən gəlir və iki əsas mənanı ifadə edir:
Səmimiyyət və ixlas: Südün saflaşdırılması kimi, münasibətin hər cür pis niyyətdən təmizlənməsidir.
Təmir etmək və birləşdirmək: Cırılmış bir paltarı tikmək kimi, pozulan münasibətləri və könülləri bərpa etməkdir.
Ünsiyyət qəlblərin bir-birinə yaxınlaşmasıdır. Effektiv kommunikasiya ünsiyyətin açarıdır, ünsiyyət isə kommunikasiyanın ruhudur.
Rəşad Manafov



