Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər

0

COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, Ərdoğan Paşinyanın Antalyaya səfərini və Liderlər Sammitində iştirakını salamlayıb.

Qeyd olunub ki, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinə toxunub və onun irəli aparılmasının və məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıblar. Bu baxımdan tərəflər keçirilmiş tədbirlərin və əldə olunmuş razılaşmaların, eləcə də ticari-iqtisadi əlaqələrin daha da stimullaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Paşinyan və Ərdoğan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər. Kommunikasiyaların blokdan çıxarılması, o cümlədən TRIPP layihəsinin reallaşdırılmasına yönəlmiş addımlar məsələsinə də toxunulub.

Danışıqlarda Türkiyə tərəfindən, digər vəzifəli şəxslərlə yanaşı, milli kəşfiyyatın rəhbəri İbrahim Kalın da iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq...

Bağla