Bakıda və rayonlarda yağış intensivləşəcək

0

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İdman yaddaş və diqqətə kömək edə bilər

Beynəlxalq klinik tədqiqat göstərib ki, psixoterapiyadan əvvəl fiziki məşqlərlə məşğul olmaq depressiyadan əziyyət çəkən insanlarda yaddaş və diqqətin müəyyən göstəricilərinin...

Bağla