Bakıda tolerant cəmiyyətin formalaşmasında qadınların roluna dair konfrans keçirilir

0

Bakıda “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” adlı konfrans təşkil edilib.

“Report“un məlumatına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ortaq təşkilatçılığı ilə reallaşdırılan konfransda müvafiq dövlət strukturlarının rəhbər nümayəndələri, bu sahədə çalışan peşəkarlar, həmçinin ictimaiyyətin təmsilçiləri iştirak edirlər.

Tədbir proqramı çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin tərəqqisində qadın intellektinin qüvvəsi”, “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi üçün strateji məqsədlər və əməkdaşlıq” mövzularında panel sessiyalarının həyata keçirilməsi planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb

Türkiyədə qumar, fırıldaqçılıq və seksual məzmun paylaşımı ilə əlaqəli olduğu müəyyən edilmiş 407 sayta giriş bloklanıb. "Report" "Haber Global"a istinadən...

Bağla