Bakıda və rayonlarda külək güclənəcək

0

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda tolerant cəmiyyətin formalaşmasında qadınların roluna dair konfrans keçirilir

Bakıda "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" adlı konfrans təşkil edilib. "Report"un məlumatına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət...

Bağla