Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

0

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Başsağlığıda deyilir: “Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə təlim vertolyotu qəzaya uğrayıb – ölənlər var

Türkiyənin Eskişehir vilayətində baş verən hərbi vertolyot qəzasında beş əsgər şəhid olub. Bu barədə, Milli Müdafiə Nazirliyi Eskişehirdə təlim uçuşu...

Bağla