AĞDABAN QƏTLİAMINDAN 34 İL ÖTÜR

0

Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.

Erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 34 il ötür.

130 evdən ibarət Ağdaban kəndi həmin gün tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İstanbulda silahlı incident baş verib, ölən və yaralananlar var

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib. İnsident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. "Report" "Haber...

Bağla