ALİM BERMUD ÜÇBUCAĞININ SİRRİNİ AÇIQLAYIB

0

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: ABŞ-də əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu

ABŞ-də Azərbycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu. "Report" xəbər...

Bağla