ALLAHŞÜKÜR PAŞAZADƏ AŞURA GÜNÜ İLƏ BAĞLI QAN VERİB

0

Qafqaz Müsəlmanları İdarəsininin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib.

“Report” xəbər verir ki, İdarədə təşkil olunan aksiyada Şeyxülislamla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar da qan verib.

Xatırladaq ki, bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 22 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur

xBu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr...

Bağla