ANTARKTİDADA NƏHƏNG BUZLAQ REKORD SÜRƏTLƏ ƏRİYİR

0

Antarktidada Hektoria adlı buzlaq rekord sürətlə əriyir və onun sahəsi cəmi iki ay ərzində demək olar ki, 50% azalıb.

“Report” xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan yeni araşdırmada göstərilib.

Müasir tarixdə qeydə alınan ən sürətli ərimə dəniz səviyyələri üçün ciddi nəticələrə səbəb ola bilər.

Filadelfiya ərazisi qədər olan buzlaq adətən əvvəllər ildə bir neçə yüz metrdən çox kiçilib. Bununla belə, 2022-ci ilin noyabrından dekabr ayına qədər Hektoria 5 mil (təxminən 8 km – red.) azalıb.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, böyük buzlaqlar bu sürətlə ərisə, dəniz səviyyəsi kəskin qalxacaq. Belə ki, Antarktida qlobal dəniz səviyyəsini təxminən 190 fut (demək olar ki, 58 metr – red.) qaldırmaq üçün kifayət qədər buz var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyə ordusunun istifadəsinə daha 250 “Altay” tankını verməyi planlaşdırırıq”

Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə daha 250 "Altay" tankının verilməsi nəzərdə tutulub. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti...

Bağla