Aqil Şirinov: Avropada İslam və müsəlmanların mənfi obrazı tarixən formalaşıb

0

Avropada islamofobiyanın artmasının səbəblərindən biri İslama qarşı tarixən mənfi obrazın formalaşdırılmasıdır.

Bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Avropada islamofobiyanın artması XX əsrin ikinci yarısından etibarən əhəmiyyətli dərəcədə sürətlənib. Bunun əsas səbəblərindən biri müsəlman ölkələrindən Qərbə miqrantların kütləvi köçü olub.

“Şübhəsiz ki, islamın dini ilə bağlı mənfi təsəvvürləri din adı altında gizlənən radikal qrupların fəaliyyətləri, eləcə də media və sosial şəbəkələrdə anti-İslam təbliğatı ilə gücləndirir. Lakin daha dərin tarixi konteksti də nəzərə almamaq olmaz. Avropada qədim zamanlardan orta əsrlərdən başlayaraq islam və müsəlmanların mənfi obrazı formalaşıb. Bu isə ictimai şüura təsir göstərir”, – A.Şirinov qeyd edib.

O xatırladıb ki, islam və Avropa sivilizasiyaları arasında ilk böyük toqquşma VIII əsrdə Pireney yarımadasının müsəlmanlar tərəfindən fəth edilməsi ilə baş verib. A.Şirinovun fikrincə, məhz bu dövrdən etibarən Avropa siyasəti və mədəniyyətində bu günə qədər izlərini görmək mümkün olan ideoloji və mədəni düşmənçilik formalaşmağa başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANIN İÇİNDƏKİ DÜŞMƏNİ

Varlıqlar aləmi geniş bir ümman kimidir. Hər bir yaradılmış bu əngin ümmanda özünəməxsus yerə və mövqeyə malikdir. Lakin insanın bu...

Bağla