Türkiyənin İstanbul şəhərində yerləşən “Böyük Ayasofiya” məscidi yandırılmağa cəhd edilib.
Yerli mətbuatın xəbərinə görə, əcnəbi olduğu iddia edilən naməlum şəxs gətirdiyi kağızlara məscidin xalçasını yandıraraq qaçıb. Həmin şəxs üzünü kameralara göstərməməyə diqqət edib.
Yanğını görən bir qadın dərhal məscidin imamını çağırıb. Din xadimi hadisə yerinə gələrək yanğının qarşısını alıb.